Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 03.06.2026 | 10:58 | Baxılıb: 1276
Hərbi Hava Qüvvələrinin (HHQ) nəzdində Bayraktar Teknoloji Azərbaycan Uçuş Hazırlığı Təlim Mərkəzində Bayraktar TB2 Sistemi üzrə mütəxəssislərin hazırlığı kursunun birinci buraxılış mərasimi keçirilib.

“gece.ws” xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi (MN) məlumat yayıb. 

General-mayor Həsən Əlövsədov məzunları buraxılış münasibətilə Müdafiə Nazirliyinin rəhbərliyi adından təbrik edib, onlara gələcək xidmətlərində uğurlar arzulayıb.

Bildirilib ki, bu cür kurslar hərbi qulluqçuların ixtisaslara yiyələnməsinə, bilik və bacarıqlarının təkmilləşdirilməsinə, eləcə də peşəkarlığının artırılmasına müsbət təsir göstərir.




Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.