
“gece.ws” xəbər verir ki, bu gün Azərbaycan idmançılarından yalnız Hidayət Heydərov mübarizəyə başlayacaq.
O, 73 kq çəki dərəcəsində ilk görüşünü yunanıstanlı Konstantinos Tsaparasa qarşı keçirəcək.
***
Hidayət Heydərov Tsparasa ipponla qalib gəlib.
***
Hidayət Heydərov 1/8 finalda Dardan Çenaya (Kosovo) qalib gəlib və 1/4 finala yüksəlib.
***
Hidayət Heydərov 1/4 finalda fransalı Dayyan Baulemtafesə ipponla qalib gələrək finala çıxıb.
***
Hidayət Heydərov yarımfinalda türkiyəli Bilal Çiloğlu ilə qarşılaşacaq.
***
Hidayət Heydərov B.Çiloğlunu məğlub edərək AÇ-nin finalına vəsiqə qazanıb. Onun həlledici raunddakı rəqibi gürcüstanlı Laşa Şavdatuaşvili olacaq. Final görüşləri saat 16:00-dan etibarən başlayacaq.
Qeyd edək ki, Hidayət Heydərov bundan əvvəl 5 dəfə Avropa çempionatında finala vəsiqə qazanıb. O, bunların 4-də çempion olub, birində isə gümüş medal əldə edib.