
Bu barədə “gece.ws”ya federasiyadan məlumat verilib.
Bildirilib ki, Özbəkistanın paytaxtı Daşkənddə keçirilən “Böyük dəbilqə” turnirində tatamiyə çıxmayacaq. Buna səbəb isə H.Heydərovun çəkisini sala bilməməsidir.
O, 73 kq-da yarışa qatılmalı olsa da, çəkisi buna uyğun gəlməyib. Nəticədə daxili intizam qaydalarına uyğun olaraq cəzalandırlıb və yarışda iştirak etməyəcək.
Qeyd edək ki, Hidayət Heydərov Paris-2024 Olimpiya Oyunlarının mükafatçısıdır.