Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 06.20.2026 | 02:00 | Baxılıb: 2966
2024-cü il Paris Yay Olimpiya Oyunlarının çempionu, tanınmış cüdoçu Hidayət Heydərov növbəti dəfə çəki problemi ilə üzləşib.

“gece.ws” xəbər verir ki, idmançımız rəsmi çəkiölçmə prosedurundan keçə bilmədiyi üçün turnirdən kənarlaşdırılıb və yarışda iştirak edə bilməyəcək.

Məlumata görə, titullu cüdoçu Monqolustanın paytaxtı Ulan-Batorda keçirilən “Böyük Dəbilqə” turnirində mübarizə aparmalı idi. Lakin o, çəkisini normada saxlaya bilmədiyi üçün xalçaya çıxmaq şansını itirib.

Qeyd edək ki, bu, təcrübəli cüdoçunun karyerasında ilk belə hal deyil. Hidayət Heydərov bundan əvvəl Özbəkistanda təşkil olunan analoji “Böyük Dəbilqə” yarışında da eyni səbəbdən turnirdən kənarda qalmışdı.

 

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

JUDOWORLD7 - Time To Throw! ???? (@judoworld7)'in paylaştığı bir gönderi

 

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.