Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 09.10.2025 | 09:47 | Baxılıb: 1738
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ABŞ-də senator Stiv Deyns və Nümayəndələr Palatasının Xarici İşlər Komitəsinin sədri Brayan Mast ilə görüşüb.

“gece.ws” xəbər verir ki, bununla bağlı Azərbaycanın ABŞ-dəki səfirliyi “X” hesabında paylaşım edib.

Bildirilib ki, görüşlər zamanı tərəflər Azərbaycan Prezidenti İlham Əliyev və ABŞ Prezidenti Donald Tramp arasında avqustun 8-i Vaşinqtonda keçirilmiş Zirvə Görüşünün strateji əhəmiyyətini müzakirə ediblər. Görüşün Azərbaycan-ABŞ münasibətləri və regional sülh üçün müsbət nəticələrini vurğulayıblar.

Hikmət Hacıyev 907-ci düzəlişin ləğvinin vacibliyini qeyd edib və qarşı tərəfi Azərbaycana səfərə dəvət edib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.