Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 11.19.2025 | 17:16 | Baxılıb: 745
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ABŞ Dövlət katibinin siyasi məsələlər üzrə müavini Alison Hukerlə görüşüb.

“gece.ws” xəbər verir ki, bu barədə H.Hacıyev “X” hesabında paylaşım edib. 

“Alison Hukerin rəhbərlik etdiyi ABŞ nümayəndə heyəti ilə görüşməkdən məmnun oldum. Müzakirələrimiz Ermənistan-Azərbaycan sülh gündəminin irəlilədilməsi və regional əlaqə layihələrinin icrası da daxil olmaqla çox sayda məsələləri əhatə etdi. Həmçinin regional və qlobal proseslər barədə fikir mübadiləsi apardıq və Azərbaycanla ABŞ arasında strateji tərəfdaşlıq ruhunu bir daha təsdiqlədik”, - paylaşımda deyilir.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.