
“gece.ws” xəbər verir ki, bu barədə iranlı diplomat sosial şəbəkə hesabında məlumat paylaşıb.
Səfir keçirilən görüşün detallarını bölüşərək regional məsələlərin diqqət mərkəzində olduğunu vurğulayıb:
“Azərbaycan Respublikası Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi Hikmət Hacıyevlə keçirilən görüşdə regional proseslər müzakirə olunub, həmçinin ikitərəfli münasibətlərdə gündəmdə olan bəzi məsələlərin irəlilədilməsi ilə bağlı razılıq əldə edilib”.