Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 02.26.2026 | 16:16 | Baxılıb: 1156
ABŞ-nin sabiq dövlət katibi Hillari Klinton bu gün qalmaqallı milyarder Ceffri Epşteynlə bağlı konqresmenlərə ifadə verəcək.

“gece.ws” xarici mətbuata istinadən xəbər verir ki, dinləmələrin Vaşinqton vaxtı ilə saat 10.00-da (Bakı vaxtı ilə 19:00-da) başlayacağı gözlənilir. 

Sabiq dövlət katibinin ifadələrini dinləmək üçün Nümayəndələr Palatasının Nəzarət Komitəsinin üzvləri ABŞ-nin keçmiş Prezidenti Bill Klinton və Hillari Klintonun yaşadığı Nyu-Yorkun nüfuzlu Çappakuaya yaşayış məntəqəsinə gedəcəklər.

Qeyd edək ki, istintaq ABŞ Ədliyyə Departamentinin yayımladığı yeni sənədlər fonunda Epşteynin yüksək vəzifəli şəxslərlə əlaqələrini araşdırmaq məqsədi daşıyır. Onun arxivinə aid materiallarda Klinton cütlüyünün də adı çəkilir, fotolarda isə Bill Klintonun görüntüləri yer alır. 

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.