Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 03.04.2026 | 06:19 | Baxılıb: 3706
İran Hind okeanında ABŞ esminesini raketlərlə vurub.

“gece.ws” xəbər verir ki, bunu İran İnqilab Keşikçiləri Korpusu açıqlayıb.

Məlumata görə, ABŞ esminesi Hind okeanında İran sahillərindən təxminən 650 kilometr uzaqlıqda, ABŞ tankerindən yanacaq doldurarkən hədəfə alınıb.

Qeyd edilib ki, esmines “Kadr 380” və “Telaiye” raketləri ilə vurulub, hər iki gəminin göyərtəsində böyük yanğınlar yaranıb və səmanı qara tüstü buludu bürüyüb.

ABŞ hələlik hadisə ilə bağlı rəsmi şərh verməyib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.