Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Hindistanda arı sürüsü təyyarəni zəbt etdi, uçuş ləngidi - Video
 
						Hindistanda arı sürüsü təyyarəni zəbt etdi, uçuş ləngidi 
							 - Video
Əlavə olunub: 07.09.2025 | 08:25 | Baxılıb: 1938
Hindistanda arı sürüsü təyyarənin gövdəsini örtərək uçuşu gecikdirib.

“gece.ws” bu barədə “gazeta. ru”ya istinadən xəbər verir. 

Məlumata görə, Suratdan Caypura gedən “IndiGo” reysi insidentə görə azı 50 dəqiqə gecikib. 

Belə ki, aviaşirkətin baqaj yükləyən əməkdaşları təyyarənin yük anbarının qapısı ətrafında dövrə vuran arıları görüblər və dərhal aviaşirkət və hava limanının əməkdaşlarına xəbərdarlıq ediblər.

Hadisə yerinə gələn yanğınsöndürmə briqadası arıları uzaqlaşdırmaq üçün yanğınsöndürən maşından gələn su axınından istifadə edib.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

Görüntüləri təqdim edirik:

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.