Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 04.09.2026 | 20:45 | Baxılıb: 2592
İsrailin Müdafiə naziri İsrael Katz Livandakı hərbi əməliyyatların gedişatı və ordunun strateji hədəfləri ilə bağlı videoaçıqlama yayıb.

“gece.ws” “The Times of Israel”ə istinadla xəbər verir ki, nazir “Əbədi Qaranlıq” əməliyyatının “Hizbullah”ı ciddi şəkildə zəiflətdiyini bildirib.

O qeyd edib ki, bu əməliyyat qruplaşmanı nüfuzetmə dərinliyi və zərbənin miqyası qarşısında çaşqın vəziyyətə salıb:

“Təkcə dünən 200-dən çox terrorçu məhv edildi və bu kampaniyada məhv edilənlərin ümumi sayı 1400-ü keçib. Hazırda “Hizbullah” atəşkəs üçün yalvarır və onun iranlı havadarları İsrailin qruplaşmanı əzəcəyindən ciddi narahatlıq keçirərək təzyiq göstərirlər. İran İsrailə atəş açacağı təqdirdə, ordumuz güc tətbiq etməyə tam hazırdır”.

Xatırladaq ki, bundan öncə ABŞ-nin müharibə naziri Pit Heqset də analoji çıxış edərək, İranın atəşkəs üçün yalvardığını iddia etmişdi.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.