Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 06.13.2026 | 21:17 | Baxılıb: 1530
Əfsanəvi ingilis futbolçu Devid Bekhem Hollivud Şöhrət Xiyabanında öz ulduzuna qovuşub.

“gece.ws” “Reuters” nəşrinə istinadən xəbər verir ki, mərasim ənənəvi qırmızı xalça əvəzinə futbol meydançasını xatırladan yaşıl örtük üzərində keçirilib.

Məlumata görə, tədbirdə çıxış edən Tom Kruz Bekhemin uğur yolunu “Hollivud hekayəsi” adlandıraraq, onun zəhmətkeşliyi və dünya idmanına təsirini vurğulayıb. Futbolçunun həyat yoldaşı Viktoriya Bekhem isə bu mükafatın Los-Ancelesdə keçiriləcək Dünya Çempionatı ərəfəsində xüsusi əhəmiyyət daşıdığını bildirib.

Bekhem çıxışında bu anın onun üçün inanılmaz olduğunu deyib.

Onun sözlərinə görə, Şərqi Londonda böyüyərkən futbolçu olmağı xəyal edib, lakin bir gün Hollivudda belə bir şərəfə layiq görüləcəyini heç vaxt təsəvvür etməyib.

Qeyd edək ki, Devid Bekhem hazırda “İnter Mayami” klubunun prezidentidir. O, “Paris-Sent-Jermen”, “Real Madrid”, “Mançester Yunayted” kimi nəhəng futbol klublarının formasını geyinib.












Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.