
“gece.ws” xəbər verir ki, bunu İranın təşkilatdakı nümayəndəsi Əli Musavi deyib.
Onun sözlərinə görə, Hörmüz boğazı “İranın düşmənləri” ilə əlaqəli gəmilər istisna olmaqla, bütün gəmilər üçün açıqdır.
O vurğulayıb ki, boğazdan keçid yalnız Tehranla təhlükəsizlik tədbirlərinin koordinasiyası şərti ilə mümkündür.
Musavi əlavə edib ki, Hörmüz boğazındakı mövcud vəziyyətin səbəbi İsrail və ABŞ-nin hücumlarıdır.