
“gece.ws” xəbər verir ki, bu barədə “Axios” paylaşıb.
Məlumata görə, razılaşmaya əsasən, Hörmüz boğazı yenidən açılacaq, İran sərbəst şəkildə neft sata biləcək və
İranın nüvə proqramının məhdudlaşdırılması ilə bağlı danışıqlar aparılacaq.
Bildirilib ki, Hörmüz boğazı açıq olduğu müddətdə İran boğazda yerləşdirdiyi minaları təmizləməyi və gəmilərin sərbəst keçidinə imkan yaradacaq.
Həmçinin razılaşmada İranın heç vaxt nüvə silahı əldə etməmək öhdəliyi, uranın zənginləşdirilməsi proqramının dayandırılması ilə bağlı danışıqların aparılması da yer alıb.