Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 04.15.2026 | 17:47 | Baxılıb: 2234
ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazını həmişəlik açdığını iddia edib. 

“gece.ws” xəbər verir ki, bu barədə o, “Truth Social” sosial şəbəkə hesabında etdiyi paylaşımda yazıb. 

“Çin mənim Hörmüz boğazını həmişəlik açmağımdan çox məmnundur. Mən bunu həm onlar, həm də bütün dünya üçün edirəm. Belə vəziyyət bir daha təkrarlanmayacaq. Onlar İrana silah göndərməməyə razılıq veriblər”, - ABŞ dövlət başçısı bildirib. 

Trampın sözlərinə görə, Çin sədri Si Cinpin onu mayda Pekinə planlaşdırılan səfəri zamanı “çox möhkəm” qucaqlayacaq. O, Çin lideri ilə ağıllı və çox yaxşı işlər gördüklərini bildirib. 

“Bu, müharibə etməkdən daha yaxşı deyilmi??? Amma unutmayın, lazım gələrsə, biz müharibə etməyi çox yaxşı bacarırıq - hər kəsdən qat-qat daha yaxşı!!!”, - Tramp əlavə edib. 

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.