Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 06.02.2026 | 18:30 | Baxılıb: 1324
İran parlamentinin rəyasət heyətinin sözçüsü Abbas Qudarzi Tehranın Hörmüz boğazını “milliləşdirmək” niyyətini açıqlayıb.

“gece.ws” xəbər verir ki, bu haqda İranın İSNA xəbər agentliyi məlumat yayıb.

“Neftin milliləşdirilməsi o dönəmdə tarix tərəfindən bu qərarın əhəmiyyəti baxımından dəyərləndirilib. Bu gün biz Hörmüz boğazını milliləşdirmək istəyirik”, - Qudarzi deyib.

Nəşr bildirir ki, onun bu açıqlaması 1951-ci ildə baş nazir Məhəmməd Musaddiqin təşəbbüsü ilə İranın neft sənayesini milliləşdirdiyi hadisələrə işarə edir. O zaman ölkə hakimiyyəti neft-qaz sektoruna dövlət nəzarəti qurmuşdu.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.