Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 06.29.2026 | 21:47 | Baxılıb: 1113
Fransa Prezidenti Emmanuel Makron Hörmüz boğazında sərbəst və təhlükəsiz gəmi keçidinin təmin edilməsi üçün Omanla birgə çalışacaqlarını açıqlayıb.

“gece.ws” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, görüşdən sonra o Fransa və Oman iqtisadiyyat, elm, mədəniyyət və sənaye sahələrində bir sıra əməkdaşlıq sazişlərini imzaladığını bildirib.

Fransa lideri əlavə edib ki, Hörmüz boğazında təhlükəsiz keçidi təmin etmək məqsədilə boğazın minalardan təmizlənməsi istiqamətində Oman və digər tərəfdaşlarla birgə fəaliyyət göstəriləcək.

Tərəflər həmçinin nəqliyyat, enerji, müdafiə, kosmos və investisiya sahələrində əməkdaşlığın genişləndirilməsi, eləcə də Yaxın Şərqdə regional sabitlik məsələlərini müzakirə ediblər.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.