Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 03.04.2026 | 15:15 | Baxılıb: 3338
Anasını hoteldə qətlə yetirməkdə ittiham olunan yeniyetmənin məhkəmə araşdırması başa çatıb.

“gece.ws"in məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.

Hökmə əsasən, 17 yaşlı A.Q. qəsdən adam öldürməkdə təqsirli bilinərək 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə ötən ilin yayında Binəqədi rayonunda yerləşən “Crossway” hotelində baş verib. Ana və oğlu eyni gündə Türkiyədən qayıdıb. İttiham aktında yazılıb ki, geyim üstündə yaranmış mübahisə ilə bağlı oğul anası 36 yaşlı Ə.Qasımovanı bıçaqla qətlə yetirib. Yeniyetmə məhkəmədə özünü təqsirli bilib, həbs olunmasını xahiş edib.

Xəbəri rus dilində oxuyun: Вынесен приговор подростку, убившему мать в бакинском отеле

Yeniyetmənin təqsirli bilindiyi Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsinin sanksiyasında 9 ildən 14 ilə qədər azadlıqdan məhrumetmə nəzərdə tutulur. Lakin qanun 18 yaşına çatmayan şəxslərə 10 ildən artıq həbs cəzasının təyin olunmasına icazə vermir.

Sail Ağasəlim

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.