
“gece.ws” xəbər verir ki, araşdırmalarla paytaxt sakini 57 yaşlı N.Əliyevin Suraxanı rayonu Hövsan qəsəbəsi ərazisində, Xəzər dənizində qanunsuz balıq ovu ilə məşğul olması müəyyən edilib.
Yoxlama zamanı ondan 2 ədəd tilovlu qarmaq, balıq tutmaq üçün sintetik tor, “Yamaha-25” markalı mühərriklə təchiz edilmiş qayıq, həmçinin ümumi çəkisi 31 kiloqram olan 35 ədəd kütüm balığı aşkar edilərək maddi sübut kimi götürülüb.
Faktla bağlı Su Nəqliyyatında Polis İdarəsində araşdırma aparılır.