Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 03.24.2026 | 15:16 | Baxılıb: 2140
Lənkəranda  yol-nəqliyyat hadisəsi baş verib.

“gece.ws” xəbər verir ki, hadisə Ələt-Astara magistralının rayonun Girdəni kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, rayon sakini 1991-ci il təvəllüdlü Faiq Məmmədlinin idarə etdiyi “Hyundai Sonata” markalı avtomobil hərəkətdə olarkən idarəetmədən çıxıb yol kənarındakı kanalın üzərindən aşaraq əkin sahəsinə düşüb.

Qəza nəticəsində sürücü və həyat yoldaşı 1990-cı il təvəllüdlü Xanım Məmmədli xəsarət alıblar.

Deformasiyaya uğrayan avtomobildə ağır xəsarət alan ər-arvad rayon xəstəxanasına hospitalizasiya olunub. Onlara ilkin tibbi yardım göstərildikdən sonra qadın Reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Surxay Şahbazov 


Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.