Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 10.31.2025 | 18:00 | Baxılıb: 1123
Birinci Qarabağ müharibəsində itkin düşmüş və şəxsiyyəti müəyyənləşdirilən şəhid leytenant Allahverdiyev Teymur Qüdrət oğlu dünyaya gəldiyi Neftçala rayonunun Qaçaqkənd kəndində dəfn olunub.

“gece.ws” xəbər verir ki, bu gün Neftçala Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə şəhid leytenant Allahverdiyev Teymur Qüdrət oğlu ailəsinin yaşadığı Qaçaqkənd kəndində vida mərasimi keçirilib. 

Vida mərasimindən sonra şəhid Qaçaqkənd kənd qəbiristanlığında Müdafiə Nazirliyinin təşkilatçılığı ilə yaylım atəşi və orkestrın ifasında Azərbaycan Respublikasının Dövlət Himninin sədaları altında torpağa tapşırılıb. Dəfn mərasimində şəhidin ruhuna dualar oxunub, məzarına güllər düzülüb, əkil qoyulub.

Azərbaycanın üçrəngli bayrağı şəhidin qardaşı Sehran Allahverdiyevə təqdim edilib.

Mərasimdə şəhidin ailə üzvləri ilə yanaşı Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, hüquq-mühafizə orqanlarının rəhbərləri, Müdafiə Nazirliyinin əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri, şəhidin döyüş yoldaşları, rayon sakinləri, şəhid ailələri, qazilər, media nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, Allahverdiev Teymur 1967-ci ildə Neftçala rayonunun Qaçaqkənd kəndində anadan olub.1992-ci ildə Şuşa şəhəri uğrunda gedən döyüşlərdə itkin düşüb.




Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.