Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 02.10.2026 | 15:27 | Baxılıb: 2114
Paytaxtın Yasamal rayonunda talama cinayəti qeydə alınıb.

“gece.ws” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, naməlum şəxslər tərəfindən zərərçəkənin bank kartından 5000 ABŞ dolları oğurlanıb.

Polis əməkdaşlarının keçirdikləri tədbirlə əməli törətməkdə şübhəli bilinən 23 yaşlı Q.Abbasova və 20 yaşlı Ş.Əmiraslanova saxlanılıblar. Araşdırmalarla müəyyən edilib ki, onlar zərərçəkənin bank kartını oğurladıqdan sonra hesabındakı maddi vəsaiti nağdlaşdıraraq alış-veriş ediblər.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə 3 ay müddətə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

Qeyd edək ki, DİN ötən gün də oxşar hadisə ilə bağlı məlumat yaymışdı.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.