Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 08.07.2026 | 09:39 | Baxılıb: 2018
Ermənilərin katolikosu II Qaregin və Ermənistan Ali Ruhani Şurasının altı üzvü bu gün məhkəmə qarşısına çıxacaqlar. 

“gece.ws” xəbər verir ki, bu barədə “İnterfaks” məlumat yayıb. 

Ruhanilərə qarşı cinayət işi üzrə ilkin dinləmələr yerli vaxtla saat 15:00-da Armavir vilayətinin birinci instansiya məhkəməsində keçiriləcək. 

Bildirilib ki, bu, Ermənistan və Erməni Apostol Kilsəsinin tarixində katolikosun məhkəmə qarşısına çıxacağı ilk hal olacaq. 

Xatırladaq ki, 2026-cı ilin fevralında II Qaregin barəsində Masisatsotn yeparxiyasının keçmiş rəhbəri Gevork Saroyanın dini rütbədən məhrum edilməsi ilə bağlı cinayət işi başlanıb. Bu iş çərçivəsində onun ölkədən çıxışına qadağa qoyulub.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.