Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 10.06.2025 | 15:27 | Baxılıb: 607
Ölkəmizdə təşkil edilən III MDB Oyunları çərçivəsində keçirilən avarçəkmə yarışları yekunlaşıb.

“gece.ws” xəbər verir ki, Azərbaycan komandası bu yarışları 3 bürünc, 1 gümüş medalla başa vurub. Amil Ramazanov iki bürünc medala layiq görülüb.

Ramazanov birnəfərlik kayak qayığında 200 və 500 metr məsafədə 2007-2008-ci il təvəllüdlü idmançılar arasında üçüncü yer tutub. İkinəfərlik kayak qayığında 200 metr məsafəyə 2009-2010-cu il təvəllüdlü idmançıların mübarizəsində İvan Vorobjanski-Hüseyn Həsənov dueti finalda finişi üçüncü keçib.

Əlimurad Hacızadə 2009-2010-cu il təvəllüdlü idmançıların yarışında 1 nəfərlik kayak qayığında 200 metr məsafədə fəxri kürsünün ikinci pilləsinə qalxıb. 





Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.