
“gece.ws"in məlumatına görə, hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb.
“Chevrolet” və “VAZ” markalı minik avtomobilləri toqquşması nəticəsində 16 yaşlı Müzəffər Qədimov və 73 yaşlı Mübariz Məmmədov xəsarət alıb.
Həkimlərin müdaxiləsinə baxmayaraq, M. Məmmədovun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Yunis Quliyev
