Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 04.27.2026 | 10:48 | Baxılıb: 5949
Salyan rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“gece.ws” xəbər verir ki, rayonun Şorsulu kəndində “VAZ” markalı minik avtomobili yol kənarında dayanmış “Qazel” markalı yük avtomobilinə çırpılıb.

Qəza zamanı “Qazel”in yanında olan kənd sakini 1986-cı il təvəllüdlü Feyzullayev Ruslan Mərdan oğlu iki avtomobilin arasında qalaraq ağır xəsarətlər alıb.

Yaralı şəxs xəstəxanaya çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyib.

Faktla bağlı araşdırma aparılır.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.