Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 08.03.2026 | 11:29 | Baxılıb: 8156
İki ay əvvəl Dövlət Gömrük Komitəsinin Balakən Gömrük İdarəsinin rəisi vəzifəsindən azad olunan Kamran Yusifova cinayət işi açılıb.

“gece.ws"in əldə etdiyi məlumata görə, gömrük polkovnik-leytenantı vəzifə cinayətlərində ittiham olunur.

Dövlət Gömrük Komitəsindən daxil olmuş məlumat əsasında Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb. K.Yusifov barəsində Cinayət Məcəlləsinin 309-cu (vəzifə saxtakarlığı) və başqa maddələrlə cinayət işi başlanılıb.

İstintaqın gedişində eks-idarə rəisinin əməlləri nəticəsində dövlətə və ya vətəndaşlara hansı formada və nə qədər ziyan dəydiyi dəqiqləşəcək.

Qeyd edək ki, K.Yusifov cəmi il yarım əvvəl Balakən Gömrük İdarəsinə rəis təyin edilmişdi. Ondan əvvəl isə eyni rayondakı Mazımqara Gömrük Postunun rəisi işləyib.

Sail Ağasəlim

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.