Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 03.24.2026 | 10:16 | Baxılıb: 2830
Goranboyda iki dost arasında dava birinin ölümü ilə nəticələnib.

“gece.ws” xəbər verir ki, hadisə rayonun Dəliməmmədli şəhərində baş verib.

Belə ki,1985-ci il təvəllüdlü Elçin Ağayev və 1994-cü il təvəllüdlü Əli Əliyev arasında dava düşüb. Nəticədə E. Ağayev Ə. Əliyevə yumruqla ciddi xəsarət yetirib.

Sonuncu ağır vəziyyətdə Gəncə Şəhər Abbas Səhhət adına Birləşmiş Xəstəxanasına çatdırılıb. Ə. Əliyev bir neçə gün koma vəziyyətində qaldıqdan sonra xəstəxanada vəfat edib.

Faktla bağlı araşdırma aparılır. 

Hər iki şəxsin qonşu və yaxın dost olduğu bildirilib.

Yunis Quliyev

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.