Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 08.03.2026 | 17:16 | Baxılıb: 4875
Özbəkistanda dövlət sərhədinin demarkasiyasının nəticələrinə əsasən, Çon-Qara və Taş-Tobo kəndlərinin Qırğızıstana verilməsi proseduruna başlanılıb. 

“gece.ws” “Sputnik Qırğızıstan”a istinadən xəbər verir ki, əvəzində Qırğızıstandan Özbəkistana sahəcə bərabər olan sərhədyanı ərazi veriləcək.

Məlumata görə, Çon-Qara və Taş-Tobo kəndlərində təxminən 2500 nəfər etnik qırğız yaşayır. Həmin şəxslər Qırğızıstan vətəndaşlığı almalı olacaq.

Qeyd edək ki, Qırğızıstan və Özbəkistan 2023-cü ilin yanvarında dövlətlərarası sərhədin delimitasiyası prosesini başa çatdırıblar.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.