Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 04.10.2026 | 19:22 | Baxılıb: 2393
İran İslam Respublikası ABŞ ilə planlaşdırılan sülh danışıqlarına başlamazdan əvvəl Vaşinqton qarşısında iki mühüm şərt qoyub.

“gece.ws” xəbər verir ki, bu barədə İran Parlamentinin sədri Məhəmməd Baqer Qalibaf “X” hesabında paylaşım edib.

Qalibaf bildirib ki, danışıqlar mərhələsinə keçid üçün Livanda hərbi əməliyyatların dayandırılması və İranın dondurulmuş aktivlərinin sərbəst buraxılması mütləqdir:

“Tərəflərin qarşılıqlı razılaşdırdığı iki məsələ hələ də həyata keçirilməyib: Livanda atəşkəs və danışıqlara keçməzdən əvvəl aktivlərin azad edilməsi. Bu iki məsələ danışıqlardan əvvəl həll edilməlidir”.

Xatırladaq ki, aprelin 11-də İslamabadda keçirilməsi planlaşdırılan görüş regionun gələcək taleyi üçün həlledici xarakter daşıyır. Lakin Livan cəbhəsindəki gərginlik bu tarixi fürsəti hələ də sual altında qoyur.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.