Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 04.24.2026 | 11:36 | Baxılıb: 1395
DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsi tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması məqsədilə əməliyyatlar davam etdirilir.

“gece.ws” xəbər verir ki, növbəti tədbirlər zamanı saxlanılan 35 yaşlı Allahşükür İsmayılzadədən 34 kiloqram 875 qram, əvvəllər məhkum olunmuş 29 yaşlı Ceyhun Sultanovdan isə tərkibinə zərərli maddələr əlavə edilmiş 14 kiloqram 700 qram marixuana aşkarlanıb.

Saxlanılan şəxslərin narkotikləri satmaq məqsədilə əldə etdikləri müəyyən olunub.

Faktlarla bağlı cinayət işləri başlanılıb, həmin şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.