Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 11.03.2025 | 14:07 | Baxılıb: 2498
Türkiyəli müğənni Nilufərin ötən gün Bakıda baş tutan konsertində maraqlı anlar yaşanıb. 

“gece.ws” xəbər verir ki, sənətçinin Nilufər adlı pərəstişkarı səhnəyə yaxınlaşıb.

O bildirib ki, adı 25 il öncə əmisi tərəfindən qoyulub. Buna səbəb isə əmisinin sənətçiyə olan heyranlığıdır. Pərəstişkarı həmçinin musiqi ilə məşğul olduğunu bildirib. 

Daha sonra ifaçı onu səhnəyə dəvət edib. Onlar birlikdə “Son arzum” mahnısını ifa ediblər. 

Nilufər pərəstişkarına səsinin gözəl olduğunu və bu işlə peşəkar formada məşğul olmasını tövsiyə edib. 

Sözügedən anları təqdim edirik: 

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.