Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 07.24.2026 | 07:37 | Baxılıb: 3277
İtaliyadakı tətilini başa vuraraq İstanbula qayıdan məşhur türkiyəli aktrisa Serenay Sarıkaya iş qrafikinə sürətlə geri dönüb. O, siması olduğu iki tanınmış brendlə əməkdaşlığını yeniləyərək ümumilikdə 75 milyon TL (təxminən 2,7 milyon manat) dəyərində müqavilə imzalayıb.

“gece.ws” xəbər verir ki, Sarıkaya uzun illərdir əməkdaşlıq etdiyi bankla müqaviləsini altıncı, məşhur cins şalvar brendi ilə isə on ikinci dəfə uzadıb.

Müqavilələr çərçivəsində aktrisanın bankdan 35 milyon TL (təxminən 1,3 milyon manat), geyim brendindən isə 40 milyon TL (təxminən 1,4 milyon manat) gəlir əldə edəcəyi bildirilir.

Reklam layihələri ilə yanaşı, aktrisalıq fəaliyyətini də davam etdirən Serenay Sarıkaya hazırda rejissor Doğuş Algünün çəkəcəyi “Sevdiyim insanlar” filminin hazırlıqlarına başlayıb. Aktrisa ekran işində “Azra” obrazını canlandıracaq.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.