Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 09.12.2025 | 01:45 | Baxılıb: 3312
Futbol üzrə UEFA Çempionlar Liqasının 2026/2027 mövsümünün final oyunu İspaniyanın “Atletiko” komandasının stadionu “Metropolitano”da keçiriləcək.

“gece.ws” xəbər verir ki, bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb.

“Metropolitano” stadionu ikinci dəfə Çempionlar Liqasının finalına ev sahibliyi edəcək.

Qərar UEFA İcraiyyə Komitəsinin Tiranada keçirilən iclasında qəbul edilib. İclasda həmçinin 2026-cı ildə UEFA Superkubokunun Zalsburqda keçirilməsinə qərar verilib.

Qadınlar arasında Çempionlar Liqasının 2027-ci il finalı Varşavadakı Milli Stadionunda keçiriləcək.

Qeyd edək ki, Bakı Olimpiya Stadionu (BOS) da UEFA-nın 2027-ci ildə baş tutacaq Çempionlar Liqasının final matçına ev sahibi olamağa namizəd idi.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.