Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 06.11.2026 | 18:55 | Baxılıb: 1391
Minifutbol üzrə Avropa çempionatından növbəti dəfə qələbə ilə qayıdan milli komandamızın üzvləri sponsorları “Abşeron” Ticarət Mərkəzinin qonağı olub.

“gece.ws” xəbər verir ki, ikiqat qitə çempionlarını “Abşeron” Ticarət Mərkəzinin direktoru Araz Rəhimov səhər yeməyində qarşılayıb.

Ticarət Mərkəzinin direktoru komandanı qələbə münasibətilə təbrik edib və yeni-yeni uğurlar arzulayıb.

Sonra qaliblər üçün azarkeşlərlə görüş keçirilib. Tədbirdə futbolçular xüsusi hazırlanmış milli komanda formalarını imzalayıblar. Futbol fanatları çempionlardan imzalı forma almaq, xatirə şəkilləri çəkdirmək, onlarla söhbət etmək imkanı əldə ediblər.

Qeyd edək ki, “Abşeron” Ticarət Mərkəzi minifutbol üzrə Azərbaycan milli komandasının sponsorlarından biridir və ölkəmizə böyük qürur yaşadan idmançılarımıza dəstəyini davam etdirir.




Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.