Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 07.16.2026 | 18:41 | Baxılıb: 2599
Prezident İlham Əliyev amerikalı həmkarı Donald Trampa təşəkkür edib.

“gece.ws” xəbər verir ki, bu barədə dövlət başçısının sosial media hesablarında paylaşım edilib.

Paylaşımda deyilir: “Cənab Prezident,

Şuşa Qlobal Media Forumunda səsləndirdiyim və “Breitbart” nəşrinə istinadən Sizi “Sülh İnsanı” kimi xarakterizə etdiyim fikirlərimi paylaşdığınıza görə Sizə təşəkkür edirəm.

Tarixi Vaşinqton Sammitinin birinci ildönümünə bir aydan az vaxt qaldığı bir dövrdə Azərbaycan ilə Ermənistan arasında davamlı sülhün bərqərar olunması istiqamətində əvəzsiz rolunuza görə Sizə bir daha səmimi minnətdarlığımı ifadə etmək istərdim.

Sizin liderliyiniz regionumuzun sülhə, sabitliyə və rifaha yaxınlaşmasına tarixi töhfə verib.

Siz həqiqətən də Sülh İnsanısınız”.

Həmin paylaşımı təqdim edirik:

 

 

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.