Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 03.07.2026 | 10:00 | Baxılıb: 947
Azərbaycan Prezidenti İlham Əliyev İranın Naxçıvana dron hücumlarından sonra prinsipal mövqeyinə və həmrəyliyə görə Slovakiya Prezidenti Peter Peleqriniyə minnətdarlığını bildirib.

“gece.ws” xəbər verir ki, Prezidentin “X” hesabında bununla bağlı paylaşım edilib.

Paylaşımda deyilir: “Slovakiya Respublikasının Prezidenti Peter Pelleqriniyə İran İslam Respublikasının Naxçıvanda mülki infrastruktura qarşı həyata keçirdiyi son PUA hücumlarından sonra nümayiş etdirdiyi prinsipial mövqeyə və həmrəyliyə görə səmimi təşəkkürümü bildirirəm.

Azərbaycanın Slovakiya diplomatik heyətinin Tehrandan təxliyəsi ilə bağlı dərhal göstərdiyi dəstək ölkələrimiz arasında yüksək səviyyəli və strateji münasibətlərin aydın təzahürü, həmçinin beynəlxalq əməkdaşlığa sadiqliyimizin ifadəsidir”.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.