Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 04.04.2026 | 11:24 | Baxılıb: 1331
Prezident İlham Əliyev Seneqal Respublikasının Prezidenti Bassiru Diomaye Fayeyə təbrik məktubu göndərib.

“gece.ws” xəbər verir ki, təbrikdə deyilir:

“Hörmətli cənab Prezident,

Seneqal Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.

İnanıram ki, Azərbaycan ilə Seneqal arasındakı dostluq münasibətlərinin və əməkdaşlığın həm ikitərəfli, həm də çoxtərəfli qaydada uğurla davam etdirilməsi yolunda bundan sonra da birgə səylər göstərəcəyik.

Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə müvəffəqiyyətlər, dost Seneqal xalqına daim əmin-amanlıq və rifah diləyirəm”.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.