
“gece.ws” xəbər verir ki, Almaniyada keçirilən ilk oyunda “Borussiya Dortmund”a 0:2 hesabı ilə məğlub olan İtaliya təmsilçisi öz meydanında rəqibini darmadağın edib.
Gərgin keçən mübarizədə “Atalanta” 4:1 hesablı qələbə qazanaraq iki oyunun nəticəsinə görə (cəmi: 4:3) adını 1/4 finala yazdırıb.
Bununla da “Borussiya Dortmund” turnirlə vidalaşıb, Berqamo təmsilçisi isə Avropanın ən güclü 8 komandası sırasına daxil olmağı bacarıb.