Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 06.07.2026 | 21:20 | Baxılıb: 13001
Ermənistanın Baş naziri Nikol Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş Müqaviləsi” Partiyası parlament seçkisində səslərin 56.7 faizi ilə liderlik edir.

“gece.ws” xəbər verir ki, bu barədə “Civic News” internet resursu “Exit-poll” nəticələrinə istinadən məlumat yayıb.

Bildirilib ki, iş adamı Samvel Karapetyanın “Güclü Ermənistan” Partiyası isə 17.5 faiz səs toplayır.

***

Ermənistan Mərkəzi Seçki Komissiyasının 110 seçki məntəqəsindən aldığı məlumatlara görə, Paşinyanın partiyası səslərin 57,14%-ni toplayaraq liderlik edir.

“Vətəndaş Müqaviləsi” Partiyası (Nikol Paşinyan) – 11 min 73 səs (57.14 %)

“Güclü Ermənistan” Bloku – 4.152 səs (21.43 %)

“Ermənistan” Bloku (Robert Koçaryan) – 1.590 səs (8.21 %)

“Çiçəklənən Ermənistan” Partiyası (Qagik Tsarukyan) – 988 səs (5.1 %)

“Birliyin Qanadları” Partiyası – 488 səs (2.52 %)

“Demokratiya, Qanun, İntizam” Partiyası – 231 səs (1.19 %)

Seçkidə iştirak edən digər kiçik siyasi qüvvələr, o cümlədən “Hamıya Qarşı” Demokratik Partiyası (0.86%), “Respublika” Partiyası (0.49%), “Maarifçi Ermənistan” Partiyası (0.45%) və Erməni Milli Konqresi (0.15%) hələlik 1 faizlik səs baryerini belə keçə bilməyiblər.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.