Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 02.24.2026 | 22:00 | Baxılıb: 2930
Ağdam şəhərində Su Çərşənbəsi münasibətilə bayram tonqalı qalanıb.

“gece.ws” xəbər verir ki, bu, Ağdam şəhərində işğaldan azad olunmuş ərazidə ilk bayram tonqalı olub.

Yandırılan tonqal ətrafında sakinlər bir araya gələrək bayram əhval-ruhiyyəsini bölüşüb, uşaqlar tonqal üzərindən tullanaraq qədim inanclara uyğun şəkildə ilin ağırlıq və çətinliklərini tonqalda yandıraraq arxada qoyublar.

Qeyd edək ki, işğaldan azad edilən Ağdam şəhərində artıq ilin əvvəlindən etibarən sakinlərin məskunlaşdırılmasına başlanılıb.

Hazırda Ağdam şəhər 2-ci yaşayış kompleksində 223 ailə, 821 sakin yaşayır.

Ziya Əmirxanlı





Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.