
“gece.ws"in əldə etdiyi məlumata görə, o, həbsdə xəstəlik səbəbindən dünyasını dəyişib.
Qeyd edək ki, bu ilin martında İlqar Əliyevin cəzası 4 ildən 3 ilə endirilmişdi. O, 2023-cü ilin dekabr ayından həbsdə saxlanılırdı.
Xatırladaq ki, İ.Əliyev əvvəllər “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-də İnformasiya texnologiyaları departamentinin müdiri, həmçinin bank sektorunda müşavir kimi fəaliyyət göstərib.
Xəbəri rus dilində oxuyun: В заключении скончался IT-эксперт Ильгар Алиев
O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə satış məqsədi olmadan külli miqdarda qanunsuz narkotik vasitə və ya psixotrop maddə əldə etməkdə təqsirli bilinərək 4 il müddətinə azadlıqdan məhrum edilmişdi. Məhkum həm apellyasiya, həm kassasiya şikayətlərində məhkəmədən bəraət istəyirdi.
***
Ədliyyə Nazirliyi məlumatı təsdiq edib.
Nazirlikdən bildirilib ki, ilkin məlumata əsasən, məhkum İlqar Əliyevin ölümünə səbəb kəskin ürək-damar çatışmazlığı kimi qiymətləndirilir. Son diaqnoz məhkəmə tibbi ekspertizanın rəyinə əsasən təyin olunacaq.
Aslan Vəliyev