Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 03.02.2026 | 10:38 | Baxılıb: 5011
Narkotik ittihamı ilə məhkum edilən informasiya və kommunikasiya texnologiyaları üzrə tanınmış ekspert İlqar Əliyev barəsindəki qərar dəyişdirilib.

“gece.ws"in əldə etdiyi məlumata görə, Ali Məhkəmə məhkumun şikayətini qismən təmin edib.

Qərara əsasən, İlqar Əliyevin cəzası 4 ildən 3 ilə endirilib. Cəzasının əvvəli 2023-cü ilin dekabrından hesablandığı üçün bu qərarla onun çəkilməmiş 10 ay həbs müddəti qalıb. 3 ilin də 2/3-hissəsi başa çatdığından şərtlər uyğun gəldiyi halda məhkum daha tez azadlığa çıxa bilər. 

Qeyd edək ki, İlqar Əliyev əvvəllər “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-də “İnformasiya texnologiyaları” departamentinin müdiri, həmçinin bank sektorunda müşavir kimi fəaliyyət göstərib.

Xəbəri rus dilində oxuyun: Верховный суд смягчил приговор ИТ-эксперту Ильгару Алиеву

O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə satış məqsədi olmadan külli miqdarda qanunsuz narkotik vasitə və ya psixotrop maddə əldə etməkdə təqsirli bilinərək 4 il müddətinə azadlıqdan məhrum edilib. Məhkum həm apellyasiya, həm kassasiya şikayətlərində məhkəmədən bəraət istəyirdi.

Sail Ağasəlim

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.