Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 10.28.2025 | 20:45 | Baxılıb: 7668
Türkiyədə barəsində “casusluq” ittihamı ilə istintaq aparılan İstanbul bələdiyyəsinin sabiq sədri Əkrəm İmamoğlunun işində Azərbaycanla bağlı hissə də yer alıb.

“gece.ws” xəbər verir ki, həmin hissədə deyilir:

“Şübhəli şəxs Hüseyn Gün 2005-ci ildə ABŞ-də fəaliyyət göstərən hüquq bürosu vasitəsilə “Freedom LLC” adlı şirkətin yaradılmasını təşkil edib.

Onun sözlərinə görə, bu şirkət vasitəsilə “Azərbaycanın demokratikləşməsi adı altında” bəzi şəxslərə, o cümlədən həmin dövrdə Müsavat Partiyasının sədri olan İsa Qəmbərə maliyyə dəstəyi göstərilib”.

İsa Qəmbər məsələ ilə bağlı “Unikal”a açıqlama verib: “Mənim haqqımda yazılanlar həqiqətə uyğun deyil. Belə bir şirkətin adını ilk dəfə eşidirəm. Həmin şirkət vasitəsilə guya mənə maliyyə dəstəyi göstərilməsi uydurmadır”.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.