Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
İmicini necə dəyişdisə, illərlə axtarıldı
 
						İmicini necə dəyişdisə, illərlə axtarıldı
Əlavə olunub: 07.15.2025 | 19:55 | Baxılıb: 7198
Xəbər verdiyimiz kimi, 2021-ci ilin iyulunda atası ilə birgə Abşeron rayonunda qətl törətməkdə ittiham olunan Emin Ramazanov tutulub.

“gece.ws"in əldə etdiyi məlumata görə, cinayətdə şübhəli bilinən E.Ramazanov 4 il ərzində imicini dəyişərək, hüquq-mühafizə orqanlarından gizlənməyə müvəffəq olub.

Qobu qəsəbəsində 29 yaşlı Ülfət Höccətovu amansızlıqla qətlə yetirməkdə və evi yandırmaqda şübhəli bilinən şəxs 4 il sonra polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Onun atası Cahangir Ramazanova isə sözügedən qətlə görə 19 il həbs cəzası təyin olunub.

Qeyd edək ki, o, daha əvvəl mediada bir sıra saytlarda çalışıb və özünü baş redaktor kimi təqdim edib. Daha sonra o, özünü “peyğəmbər” elan edib, onkoloji xəstələri 3 saata müalicə etdiyini, əllərində bioenerji olduğunu deyərək müxtəlif əməllər törədib. E.Ramazanovun xüsusi libas geyinərək hansısa ritual həyata keçirməsi və həmin vaxt “müalicə etdiyi” qadının huşunu itirməsinə dair görüntülər də sosial şəbəkələrdə yayılıb.

Əvvəl Emin Ramazanov

Hazırda Emin Ramazanov

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.