Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 02.22.2026 | 09:19 | Baxılıb: 901
Bu gün Misli Premyer Liqasında 21-ci tura yekun vurulacaq.

“gece.ws” xəbər verir ki, son oyun günündə iki görüş keçiriləcək.

Əvvəlcə “İmişli” “Şamaxı”nı qəbul edəcək. Qubada keçiriləcək görüş saat 16:30-da başlayacaq. Komandaların ilk dövrədəki oyununda “Şamaxı” 1:0 hesabı ilə qalib gəlib.

Günün son oyununda isə “Sabah” “Kəpəz”i qəbul edəcək. Masazırda keçiriləcək oyunun start fiti saat 17:00-da veriləcək. Bu komandaların ilk dövrədəki qarşılaşmasında “Sabah” 3:1 hesablı qələbə qazanıb.

22 fevral (bazar)

14:30. “İmişli” – “Şamaxı”

Hakimlər: Rəşad Əhmədov, Asiman Əzizli, Kərim Zeynalov, Vüqar Həsənli

VAR: Rauf Cabarov

AVAR: Elşad Abdullayev

Quba OİK stadionu

17:00. “Sabah” – “Kəpəz”

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Emin Əliyev

VAR: Əli Əliyev

AVAR: Kamran Bayramov

“Bank Respublika Arena”.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.