Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 07.02.2026 | 22:00 | Baxılıb: 1855
“İmişli” klubunun baş məşqçi postuna Fərid Namazov təyin edilib.

“gece.ws” xəbər verir ki, bu barədə klub məlumat yayıb.

Bildirilib ki, gənc mütəxəssislə 1 illik müqavilə imzalanıb.

UEFA PRO kateqoriyalı mütəxəssis karyerası ərzində “Qarabağ”, “Səbail”, Azərbaycanın aşağı yaş qrupları üzrə milli komandaları və U-21 yığmasında çalışıb.

Fərid Namazov “İmişli”yə yad sima deyil. Onun rəhbərliyi altında komanda 2024/2025 mövsümündə Azərbaycan Premyer Liqasına vəsiqə qazanıb.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.