Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 08.18.2026 | 15:13 | Baxılıb: 1916
“İmişli”nin yay “transfer pəncərəsi”ndə heyətinə qatdığı Domingos Sengui Hermenegildo (Picas) ilə yolları ayrılıb.

“gece.ws” Sport24.az-a istinadən xəbər verir ki, 25 yaşlı anqolalı futbolçunun tibbi müayinəsi zamanı hepatit aşkarlanıb.

Bu səbəbdən bölgə təmsilçisi onunla bağlanan müqaviləyə xitam verib.

Qeyd edək ki, Picas “İmişli” ilə 2+1 illik müqavilə imzalamışdı. O, daha əvvəl Anqolanın “Petro Luanda”, Portuqaliyanın “Şaveş”, “Torreenşe”, “Feyrenşe” və “Fafi” klublarında çıxış edib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.