Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 08.03.2026 | 12:10 | Baxılıb: 1944
Məşhur futbolçu Kriştianu Ronaldo və model Corcina Rodrigezin toyu bu həftəsonu baş tutacaq.

“gece.ws” xəbər verir ki, bu barədə “The Sun” nəşri mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, nikah mərasimi idmançının böyüdüyü Madeyra adasında Funşal şəhərinin Kafedral kilsəsində keçiriləcək. Toy məclisinin baş tutacağı beşulduzlu “Savoy Palace” hotelində isə möhtəşəm qəbul təşkil ediləcək.

“Hotelin qonaqları artıq indidən cümə və şənbə günləri iki mərtəbə, eləcə də bir neçə bar zonasının ziyarət üçün bağlı olacağı barədə məlumatlandırılıblar”, - mənbə bildirib. 

Qeyd edək ki, daha əvvəl cütlüyün toyunun ötən həftəsonu Portuqaliyanın Sintra kurortunun Kinta da Reqaleyra malikanəsində baş tutacağı barədə xəbər yayılmışdı. Lakin malikanənin turistlər üçün açıq qalması bu məlumatın həqiqiliyi ilə bağlı şübhələr yaratmışdı.



Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.