Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 10.03.2025 | 01:22 | Baxılıb: 2702
FIFA prezidenti Canni İnfantino Azərbaycan və Özbəkistanı 2027-ci ildə keçiriləcək 20 yaşadək futbolçulardan ibarət milli komandalar arasında dünya çempionatının final mərhələsinə birgə ev sahibliyi edəcəyi ilə bağlı təbrik edib.

“gece.ws” xəbər verir ki, o bununla bağlı instaqram hesabında paylaşım edib.

“FIFA Şurası Avropa və Asiyanı birləşdirəcək və idmanımızda ən parlaq gənc istedadı nümayiş etdirəcək tarixi turnir olan 2027-ci il FIFA U-20 dünya çempionatına ev sahibliyi etmək üçün Azərbaycan və Özbəkistanı seçdiyini bildirməkdən məmnunam.

Mən hər iki ölkəni təbrik edirəm və 2027-ci ildə bu turnirin fantastik 25-ci buraxılışını və FIFA-ya üzv iki assosiasiyanın birgə ev sahibliyi edəcəyi ilk turniri səbirsizliklə gözləyirəm”, - deyə o paylaşımda bildirib.

Qeyd edək ki, futbol tarixində ilk dəfə kişilərin yarışında mundial Azərbaycanda keçiriləcək. Həmçinin ilk dəfə Azərbaycanın kişilərdən ibarət milli komandası dünya çempionatının final mərhələsində iştirak edəcək.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.